AFFA İntizam Komitəsi 3 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
AFFA U-14 Qızlar Liqasının “Sumqayıt" - "Pirallahı” oyunu qonaq komandanın futbolçularının sayı yetərli olmadığına görə baş tutmayıb. Ona görə də "Pirallahı"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Həmin çempionatda “Kür" komandası “Mingəçevir”lə oyuna təyin edilən vaxtda gəlmədiyinə görə eyni cəzanı alıb.
Futzal liqasında isə "Şuşa" – U-19 görüşü "Şuşa"nın təyin olunan vaxtda meydana daxil olmadığına görə baş tutmadığı üçün bu komanda 0:5 hesablı texniki məğlubiyyətlə cəzalanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта