RU

İran müharibəsi terrorçuların Avropa İttifaqına daxil olması üçün ciddi risklər yaradır



İrandakı müharibə terrorçuların Avropa İttifaqına daxil olması üçün ciddi risklər yaradır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avropa Daxili İşlər və Miqrasiya üzrə Komissar Maqnus Brunner AB-yə üzv olan 27 ölkənin daxili işlər nazirlərinə göndərdiyi məktubda bildirib.

"Hamımız Yaxın Şərqdəki münaqişənin tezliklə həll olunmasına ümid etsək də, bütün mümkün ssenarilərə hazır olmalıyıq",-deyə Brunner bildirib. O, milli hökumətləri digər məsələlərlə yanaşı, enerji və maliyyə infrastrukturunun qorunmasına xüsusi diqqət yetirməyə çağırıb.

Avropa Komissarı həmçinin xəbərdarlıq edib ki, səyahətçilərin biometrik məlumatlarını qeyd edəcək yeni Aİ giriş və çıxış sistemi təhlükəsizlik boşluqları yaratmamalıdır. Eyni zamanda, o əlavə edib ki, İrandakı müharibə səbəbindən hələlik Aİ-yə miqrasiya axınında artım müşahidə olunmayıb.

Mehman
Избранный
21
1
newscenter.az

2Источники