RU

Macarıstan ABŞ neft razılaşması imzalayacaq Bloomberg

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Macarıstan ABŞ-ın vitse-prezidenti J.D. Vensin Budapeştə səfəri zamanı Birləşmiş Ştatlardan neft almaq üçün müqavilə bağlamağı planlaşdırır”.

525.az xəbər verir ki, bu barədə Bloomberg mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Macarıstanın MOL şirkəti təxminən 500 milyon dollara 500 milyon  ton neft almağa razı olacaq. Əlavə detallar açıqlanmayıb.

Razılaşmanın vitse-prezidentin Baş nazir Viktor Orbanla keçirəcəyi mətbuat konfransı zamanı açıqlanması gözlənilir.

Vensin Macarıstana səfərinin əsas məqsədi 12 aprelə təyin olunmuş parlament seçkiləri ərəfəsində Orbana açıq şəkildə dəstəyini ifadə etməkdir.

Bundan əvvəl Prezident Donald Tramp ona açıq dəstək verib. Macarıstanın Baş naziri də digər Avropa liderlərindən fərqli olaraq  ABŞ-dakı seçki kampaniyaları zamanı Trampı dəstəkləyib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
525.az

1Источники