ain.az, Apa.az saytına istinadən bildirir.
İran 99-cu hücum dalğasında ABŞ-ın Körfəz və Hörmüz boğazındakı bazaları, eləcə də İsraildəki hərbi toplaşma və komandanlıq-nəzarət mərkəzlərinə hücum edib.
“Fars” agentliyinin xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Bildirilib ki, hücumlar İranın Əsəluyyədə neft-kimya təsisatlarının hədəfə alınmasına cavab olaraq həyata keçirilib.Əməliyyatda ballistik və qanadlı raketlər, eləcə də hücum dronlarından istifadə olunub.
Məlumata görə, ilk mərhələsdə Səudiyyə Ərəbistanının “Əl-Cubeyl” bölgəsində yerləşən və ABŞ şirkətləri “Sadra”, “Exon Mobile” və “Dow Chemical”-a məxsus ən böyük neft-kimya kompleksi, həmçinin “Əl-Cuaymə” bölgəsində yerləşən ABŞ-ın “Chevron Phillips” şirkətinə məxsus böyük neft-kimya kompleksi orta mənzilli raketlər və bir neçə kamikadze dron vasitəsilə hədəfə alınıb.
BƏƏ-nin “Xorfakkan” limanı vasitəsilə İsrailə hərbi avadanlıqları quru yolu ilə çatdırmaq məqsədi daşıyan konteyner gəmisi raketlərlə hədəfə alınıb.
Bundan başqa, ABŞ-a məxsus “CVN-72” təyyarədaşıyan zərbə qrupunun Hind okeanının dərinliklərində yerləşən mövqeyinə də uzun mənzilli dəniz qanadlı raketləri ilə hücum edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.