RU

İstanbuldakı atışmada silahlılardan ikisi öldürülüb, biri yaralanıb - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Atışma zamanı İsrailin İstanbuldakı Konsulluğunda heç kim olmayıb.

Hafta.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

İstanbul valisi Davud Gülün sözlərinə görə, iki polis əməkdaşı yüngül xəsarət alıb, silahlıların şəxsiyyətinin müəyyənləşdiriməsi istiqamətində iş aparılır. O, ərazidə bir sıra infrastruktur obyektlərinin olmasına diqqət çəkib və təxribat versiyasını istisna etməyib.

Vali Konsulluğun təxminən 2 il yarımdan çoxdur fəaliyyət göstərmədiyini və binada diplomatik nümayəndəliyin hər hansı əməkdaşının olmadığını vurğulayıb.

Davud Gül hücumu təşkil edən üç nəfərin hadisə yerinə avtomobildə gəldiklərini, avtomatlar və tapançalarla silahlandıqlarını qeyd edib.

O əlavə edib ki, silahlılardan ikisi öldürülüb, biri isə yaralı ələ keçirilib.

14:08

İstanbulda İsrail Konsulluğunun qarşısında 3 nəfər zərərsizləşdirilib.

Hafta.az xəbər verir ki, bu barədə "HaberGobal"a istinadla xəbər verir. Məlumata görə, bir nəfər ölüb, bir nəfər isə yaralıdır.

Hadisə nəticəsində iki polis əməkdaşının yaralandığı və hadisə yerinə çoxsaylı polis bölmələrinin göndərildiyi bildirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Избранный
5
2
hafta.az

10Источники