RU

Kəpəz Futbol Klubunun mətbuat katibi Gəray Qiyasov: “Zədələnmiş futbolçunun qucaqda çıxarılması ilk deyil, bəzən belə hallar olur”

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Kəpəz” – “Qəbələ” arasında keçirilən oyunda zədələnən Rəhman Hacıyevi klubun həkimi qucağına alaraq stadiondan çıxarıb. Tibbi personalın futbolçunu xərəkdə deyil, qucaqda meydançadan çıxarması müzakirələrə səbəb olub.Futbolçunun qucaqda daşınması tibbi və təhlükəsizlik baxımından uyğun sayılırmı?

Kəpəz Futbol Klubunun mətbuat katibi Gəray Qiyasov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burda əslində qeyri-adi bir şey yoxdur: “Bu birinci dəfə baş verməyib. Bəzən belə hallar olur. Normaldır. Həkim xərəyi gözləməyib və daha tez tibbi yardım göstərmək istəyib. Həm də fiziki gücü imkan verib oyunçunu götürüb meydançadan çıxarıb”.

Qeyd edək ki, Misli Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutan qarşılaşmada “Kəpəz” öz meydanında “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olub.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
bizimyol.info

1Источники