RU

Fransa döyüş gəmilərinin sayını artırır

Fransanın Müdafiə üzrə Baş İdarəsi bu ölkənin “Naval Group” şirkətinə kiçik döyüş gəmisi olan beşinci FDI freqatını sifariş edib.

AZƏRTAC xəbər verir ki, məqsəd Milli Donanmaya bütün sahələrdə, o cümlədən qeyri-müəyyən münaqişə zonalarında fəaliyyət göstərə biləcək freqatlar təqdim etməkdir. FDI freqatları suda gəmini batıra, uçuş zamanı raketi vura, sualtı qayıqları izləyə, dənizdə terror hücumlarını dəf edə, kiberhücumlara qarşı müdafiəni təmin edə və sahilə xüsusi təyinatlı qüvvələr yerləşdirə bilir.

Qeyd edək ki, bu çərçivədə ilk freqat olan “Amiral Ronarc’h” 2025-ci ildə təhvil verilib.

Избранный
3
3
azerbaijan-news.az

4Источники