RU

SEPAH-dan Səudiyyə Ərəbistanın neft-kimya zavodlarınaHÜCUM

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanındakı neft-kimya zavodlarına hücum etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı İran mediası yayıb.

Bildirilib ki, hücum Səudiyyə Ərəbistanının Əl-Cübeyl bölgəsində yerləşən Sadara, "ExxonMobil" və "Dow Chemical" şirkətlərinə məxsus neft-kimya komplekslərini, eləcə də Əl-Cuyama bölgəsində "Chevron Philips" şirkətinə məxsus obyektləri hədəf alıb.

SEPAH qeyd edib ki, hədəflərə orta mənzilli raketlər və kamikadze dronlardan istifadə olunub.

Aminə ŞAHSUVARQIZI

Избранный
36
1
redaktor.az

2Источники