Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Naxçıvan, 7 aprel, AZƏRTAC
Naxçıvanda yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksinin maddi-texniki bazası gücləndirilir, mövcud imkanlar genişləndirilir. Kompleksin trenajor sahəsi artıq yeni avadanlıqlarla təchiz olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kompleksdə bu günlərdə, ümumilikdə, 19 ədəd müxtəlif təyinatlı trenajor aləti quraşdırılıb. Bu da idmançılar və sağlam həyat tərzini seçən vətəndaşlar üçün daha geniş və funksional məşq imkanları yaradır.
Yeni trenajorlar güc, kardio və funksional məşqləri əhatə edərək bədənin müxtəlif əzələ qruplarının inkişafı, dözümlülüyün artırılması və ümumi fiziki hazırlığın gücləndirilməsinə xidmət edir.
Sakinləri yeni yaradılan imkanlardan yararlanaraq sağlam həyat tərzini seçə və müasir şəraitdə idmanla məşğul ola bilərlər.
Müxbir- Nail Əsgərov










Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.