RU

ABŞ Yaxın Şərqə böyük ordu göndərir - FOTO

Tehran Körfəz və İsrailə bir sıra cavab raket hücumları həyata keçirərkən, Vaşinqton müharibənin gedişatını dəyişdirə biləcək bir addım atıb.

Azreform.info xəbər verir ki, ABŞ-nin Arkanzas ştatından Respublikaçı senator Tom Kotton "X" sosial media hesabında Arkanzas 142-ci Artilleriya Briqadasından şəxsi heyətin Yaxın Şərqə göndərilməsi ilə bağlı açıqlama verib.

Kotton bildirib ki, Arkanzas xalqı bu şəxsi heyətin xidmətinə görə minnətdardır və əlavə edib: "Bu gün Arkanzasın 142-ci Sahə Artilleriya Briqadasının cəsur kişi və qadınları Yaxın Şərqə yollanır".

142-ci bölmə nədir?

"142-ci Briqada" termini Arkanzasda yerləşən 142-ci Sahə Artilleriya Briqadasını ifadə edir. Arkanzas Milli Qvardiyasının bir hissəsi olan bu bölmənin qərargahı Arkanzas ştatının Fayetteville şəhərində yerləşir.

Briqada yüksək hərəkətliliyi və dəqiq zərbə qabiliyyəti ilə tanınan M142 HIMARS və M270A1 çoxlüləli raket sistemlərindən istifadə edir. Bu sistemlər müasir döyüş meydanında dərinliyə çatmaq və düşmən hədəflərini zərərsizləşdirmək üçün vacibdir.

142-ci bölmə xüsusi təyinatlı qüvvələrdən  tərkib hissəsi olaraq Milli Qvardiyanın tərkibindəki səkkiz səhra artilleriya briqadasından biridir və bu da onu ordu üçün xüsusi və vacib bir aktivə çevirir.

1893-cü ildə qurulan bölmə, Vyetnam müharibəsi istisna olmaqla, ABŞ-ın demək olar ki, bütün əsas münaqişələrində (Birinci və İkinci Dünya Müharibələri, Koreya müharibəsi, Səhra Fırtınası Əməliyyatı, İraq Azadlığı Əməliyyatı) xidmət edib.

Bölmə təkcə xarici əməliyyatlarda deyil, həm də Arkanzasda qış fırtınaları, suyun paylanması və 2024-cü ildə Rocers qasırğası kimi təbii fəlakətlər zamanı humanitar yardım və fəlakətlərin aradan qaldırılması əməliyyatlarında fəal rol oynayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün Ağ Evdə keçirilən mətbuat konfransında İranla razılığa gəlməyə ümid etdiyini bildirib. Razılaşmanın əldə olunmaması ehtimalına gəldikdə isə Tramp deyib ki, İran bir gecədə məhv ola bilər və həmin gecə sabah gecə ola bilər.

ABŞ prezidenti İrana qarşı əvvəlki təhdidlərini təkrarlayaraq bildirib ki, razılaşma əldə olunmayacağıq təqdirdə İrandakı hər bir körpü dağıdılacaq, heç bir elektrik stansiyası işləməyəcək və bir daha istifadəyə yararlı olmayacaq.

Mürtəza

Избранный
5
2
azreform.info

3Источники