“Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və bu geri dönüşü mümkün olmayan bir prosesdir”
News365.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
Tramp qeyd edib ki, belə bir ssenarini istəməsə də, bunun baş vermə ehtimalının yüksək olduğunu düşünür.
ABŞ prezidenti eyni zamanda vurğulayıb ki, ölkədə “tam və köklü rejim dəyişikliyi” baş verərsə, daha ağıllı və radikallaşmamış qüvvələrin hakimiyyətə gəlməsi ilə “inqilabi müsbət dəyişikliklər” mümkün ola bilər.
“Bu gecə dünyanın uzun və mürəkkəb tarixində ən vacib anlardan birini öyrənəcəyik. 47 illik şantaj, korrupsiya və ölüm nəhayət sona çatacaq. Tanrı böyük İran xalqını qorusun!”
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта