RU

Tayvan: Çin qabaqcıl çip texnologiyasını ələ keçirməyə çalışır




Tayvan hökumətinin təhlükəsizlik idarəsi bildirib ki, Çin Tayvanın qabaqcıl çip istehsalı texnologiyası və yüksək ixtisaslı kadrlarını ələ keçirməklə qlobal “təcrid”i dəf etməyə çalışır.

Hesabatda qeyd olunur ki, Çin Tayvanın yarımkeçirici və yüksək texnologiya sahələrinə təsir etmək üçün qeyri-qanuni üsullara əl atır, texnologiya oğurlayır və müasir çipləri əldə etməyə çalışır. Tayvanın qanunları bu texnologiyaların Çinə çıxışını sərt şəkildə məhdudlaşdırır.

Eyni zamanda, Çin hibrid təsir vasitələri – saxta sorğular və manipulyasiyalar – ilə ilin sonundakı yerli seçkilərə müdaxilə etməyə cəhd edir. Bu ilin birinci rübündə Tayvanın hökumət şəbəkəsinə 170 milyondan çox kiberhücum cəhdi qeydə alınıb.

Hesabatda Çin hərbi təzyiqinin də davam etdiyi bildirilib: birinci rübdə 420-dən çox Çin hərbi təyyarəsi Tayvan ətrafında müşahidə olunub və donanma ilə birlikdə 10 “ortaq döyüş hazırlığı patrulu” həyata keçirilib.

Tayvan hökuməti isə Pekinin ərazi iddialarını rədd edir və gələcək qərarın yalnız ada xalqına aid olduğunu vurğulayır.

aia.az
Tərcümə şöbəsi



Избранный
31
aia.az

1Источники