RU

İnsan zənciri Trampı saxlaya biləcək?

Trampın Tehrana Hörmüz boğazını açmaq və ABŞ ilə razılığa gəlmək üçün verdiyi vaxt bitdi. ABŞ-ın yaxın saatlarda əsas zərbə hədəflərinin İranın mühüm elektrik stansiyaları ola biləcəyi ehtimalı yüksəkdir. İran hakimiyyəti gəncləri elektrik stansiyaları ətrafında insan zənciri yaratmağa çağırıb və gənclərin bu çağırışa qoşulduqlarını təsdiqləyən görüntülər yayılıb.

"Hər hansı bir zövqdən və siyasi baxışdan asılı olmayaraq, milli sərvətimiz və kapitalımız olan elektrik stansiyaları İranın və İran gəncliyinin gələcəyinə aiddir", - deyə Gənclər və Yeniyetmələr Ali Şurasının katibi Əlirza Rəhimi bildirib.

İran hakimiyyəti hesab edir ki, insan zənciri ABŞ-ni həmin nöqtələrə raket zərbəsi endirməkdən çəkindirər.

Politoloq Qabil Hüseynli məsələ ilə bağlı Musavat.com-a şərhində bildirib ki, İran rejimi yanlış hesablama aparır. Çünki əgər Donald Tramp əgər İranın elektrik stansiyalarını bombalatmaq qərarına gəlibsə insan zəncirini nəzərə alası deyil: “Qarşılarındakı adamın proqnozlaşdırılmayan və son dərəcədə psixoloji gərginlik, isterika içərisində olan bir adamın dayandığının deyəsən İran hakimiyyəti fərqində deyil.

Fərqində olaraq mülki insanları həmin obyektlərin ətrafında canlı sipər etmək istəyirlərsə, bunun özü çox böyük səhv və hətta cinayətdir. Mülki insanları vurulacaq obyektlərdən mümkün qədər kənarda dayanmağa çağırmaq lazımdır, həmin obyektlərlə birlikdə hədəf olmağa yox”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
36
1
musavat.com

2Источники