RU

İran danışıqlardan çıxdı: ABŞ la əlaqələr dayandırıldı

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran ABŞ-la bütün danışıqları dayandırıb və atəşkəslə bağlı müzakirələrdən geri çəkildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, The New York Times nəşrinə danışan üç yüksək rütbəli iranlı məmurun sözlərinə görə, Tehran Vaşinqtonla aparılan bütün diplomatik kanalları bağlayıb.

Mənbənin bildirdiyinə əsasən, İran tərəfi bu qərarı yalnız ABŞ-la deyil, həm də vasitəçi ölkələrlə aparılan proseslərə şamil edib. Xüsusilə, Pakistan rəhbərliyinə də bildirilib ki, Tehran artıq atəşkəs üzrə danışıqlarda iştirak etməyəcək.

Bu addım regionda gərginliyin daha da artacağına dair narahatlıqları gücləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
hurriyyet.az

2Источники