
Atəşkəs ABŞ-a qüvvələrini yenidən qruplaşdırmaq və İrana qarşı cinayətlərini davam etdirməyə hazırlaşmaq üçün lazımdır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bəyan edib.
"Belə şəraitdə atəşkəs yalnız yenidən qruplaşmağa və cinayətlərin davam etdirilməsinə hazırlaşmağa xidmət edir", — deyə diplomat BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
Əmir Səid İravani qeyd edib ki, İran keçmiş mənfi təcrübəyə əsaslanaraq müvəqqəti atəşkəs ideyasını qəti şəkildə rədd edir:
"İran müvəqqəti atəşkəs ideyasını, xüsusən də döyüş əməliyyatlarının yalan bəhanə ilə bərpa olunduğu 2025-ci ilin iyunundakı təcrübəni nəzərə alaraq qəti şəkildə rədd edir".
Diplomat həmçinin vurğulayıb ki, Tehran hazırkı şəraitdə istənilən müvəqqəti razılaşmanı qeyri-effektiv hesab edir.