RU

ABŞ-İran hərbi qarşıdurması: Ya tam partlayış, ya tam sakitlik olası

Vətəninfo.az xəbır verir ki, Tramp yeni bəyanat paylaşıb:

“Bu gecə bütüncə bir sivilizasiya məhv olacaq (İran rejiminin infrastrukturlarını nəzərdə tutur) və heç vaxt geri bərpa olunmayacaq. Bununsa, baş verməsini istəməzdim, amma yəqin ki, baş verəcək”. Sonra da davam edib:

“Lakin indi fərqli, ağıllı və daha az radikal rejim dəyişikliyi yaşandığına görə, bəlkə də inqilabi gözəl bir yebilik baş verər. KİM BİLİR? Bunu bu gün gecə, dünyanın uzun və mürəkkəb tarixinin ən xüsusi vacib anlarından birində biləcəyik. 47 illik ölüm, şantaj, korrupsiya nəhayət çatacaq, nəhayət. Tanrı Böyük İran Millətinə rəhm etsin və uğur versin!”

Postu analizə varsaq, qarışıq fikirdədir, Tramp. Görünür ki, bir qədər tərəddüd içindədir yekun və şiddətli hücum barədə, İran Rejiminə qarşı. Gücü olsa da, rahat qələbə nəticəsi barəsində dəqiq proqnoza malik deyil. Asan uduş istəyir: Rejim dəyişsin, İran Amerikayönlü olsun, təbii ki, neft əməkdaşlığı, həm regionda üstünlüklə.

Digər yandan, geriyə yol yoxdur. Həm Amerika xalqı, ərəblər, İsrail hücum və nəticə istəyir. Və həm də bütün dünya əlində ölçü cihazı ABŞ-ın bu səhnədə gücünü müəyyən etmək istəyir. Və bir iş də var: Rejimin ABŞ-a “vur-vurum” deməsi. Və bununla məcburdu, az riskli də olsa, hücum əmri verib, İran poblemini nəhayət ki, bitirməsi.

Trampı davaya çəkən daha amil İran parlament spikerinin müşaviri Mehdi Məhəmmədinin son çıxışı olub: “İran bu müharibədə artıq tam açıq və açıq şəkildə qalib gəlib, həm “nailiyyətlərini möhkəmlədib və regionda yeni bir təhlükəsizlik qaydası yaradacaq”. Özündəki zülmət qaydası.

Избранный
19
1
veteninfo.az

2Источники