RU

Ərdoğan Türkiyənin ilk hipersəsli ballistik raketinə imza atdı Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lalahanda keçirilən “ROKETSAN İstehsalat Obyektlərinin Açılışı, Kütləvi İstehsal Təslimatı və Təməlqoyma Mərasimi”ndə iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Obyektlərə baxış zamanı Ərdoğan “ROKETSAN”ın baş direktoru Murat İkincidən obyektlər və əməliyyatlar haqqında məlumat alıb.

“ROKETSAN”ın istehsal etdiyi məhsulların qarşısında xatirə şəkli çəkdirən Ərdoğan “Tayfun Blok-4” raketinə imza atıb.

Qeyd edək ki, “Tayfun Blok-4” Türkiyənin ilk hipersəsli ballistik raketidir. Raketin uzunluğu 10 metr, çəkisi 7.2 tondur.

Silah 3 min kilometrədək məsafəni hədəf almaq gücünə malikdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
2
qafqazinfo.az

3Источники