RU

"Real"dan məğlubiyyət, "Arsenal"dan qələbə

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

"Unikal" xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

İspaniya "Real"ı alman təmsilçisi "Bavariya"nı qonaq edib. 3 qolun vurulduğu matçda "kral klubu" rəqibinə 1:2 hesabı ilə məğlub olub.

İngiltərənin "Arsenal" komandası isə Portuqaliyanın "Sportinq"ini sınağa çəkib. "Topçular" rəqibinə minimal hesabla qalib gəlməyi bacarıb - 1:0.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi

İlk oyunlar

7 aprel

23:00 "Real" - "Bavariya" 1:2

23:00 "Sportinq" - "Arsenal" 0:1

Избранный
29
unikal.az

1Источники