RU

İran qüvvələrinin atəşkəsdən xəbəri yoxdur? - Hələ də hücum edirlər

İran və ABŞ atəşkəs sazişini elan etdikdən qısa müddət sonra Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Qətər də daxil olmaqla, Fars körfəzi ətrafındakı ölkələr raket və pilotsuz təyyarə hücumları barədə məlumat veriblər.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

BƏƏ Müdafiə Nazirliyi və İsrail ordusu İrandan gələn hücumlara qarşı mübarizə apardıqlarını bildiriblər. Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz təyyarə hücumlarını aşkarladığını, Qətər Müdafiə Nazirliyi isə raket hücumunun qarşısını aldığını bildirib.

Bildirilib ki, atəşkəs sazişi xəbərinin İran qüvvələrinə çatıb-çatmadığı hələ də məlum deyil.

Ağarza Elçinoğlu

Избранный
12
50
unikal.az

10Источники