
İsrailin mərkəzi hissəsində, o cümlədən Təl-Əvivdə bir saat ərzində iki dəfə hava həyəcanı siqnalları səslənib.
AFN.az İsrail mediasına istinadən xəbər verir ki, Təl-Əviv rayonunda həyəcan siqnallarından sonra bir neçə partlayış baş verib.
Bundan əvvəl İsrail ordusu İran ərazisindən yeni raket buraxılışlarını qeydə aldığını bəyan etmişdi. Bu hadisə ABŞ və İranın atəşkəs barədə razılığa gəlməsi barədə daxil olan xəbərlər fonunda baş verməsi ilə diqqət çəkir.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif atəşkəsin dərhal qüvvəyə mindiyini və tərəflərin razılıq əldə etdiyini bəyan etmişdi. Lakin baş verən son partlayışlar bölgədə vəziyyətin hələ də kövrək olduğunu göstərir.