RU

BƏƏ-də qaz emalı zavodunda GÜCLÜ YANĞIN

Əbu-Dabidəki (BƏƏ) Habşan qaz emalı kompleksində yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə əmirliyin mətbuat xidməti məlumat yayıb.

"Xüsusi xidmət orqanları Habşan qaz emalı zavodunda baş verən yanğının söndürülməsi və onun fəsadlarının aradan qaldırılması ilə məşğul olurlar", - deyə məlumatda bildirilir.

Yanğının səbəbləri, həmçinin alovun yayılması nəticəsində dəyən mümkün ziyan və xəsarət alanlar barədə hazırda məlumat verilmir.

Избранный
20
publika.az

1Источники