RU

Bu əşyaları qabyuyanın alt rəfinə qoymayın - İşıq pulunu artırır

Qabyuyan maşından istifadə edərkən çoxumuz detallara əhəmiyyət vermirik. Lakin gündə ən azı bir dəfə istifadə etdiyimiz bu məişət texnikasının hansı rəfinə nələri düzməyimiz maşının ömrü üçün kritik əhəmiyyət kəsb edir. Bəzi əşyaların mütləq yuxarı rəfdə yuyulmalı olduğu ortaya çıxıb.

Milli.Az xəbər verir ki, əşyaların yanlış yerləşdirilməsi maşının daxili mexanizmlərinə zərər verərək ağır təmir xərcləri yaradır.

Alt rəfə qoyulması riskli olan həmin əşyalar

Stəkanların alt rəfə qoyulması onların yuyulma zamanı asanlıqla hərəkət etməsinə səbəb olur. Bu isə stəkanların bir-birinə dəyərək qırılması ilə nəticələnir. Qırılan hissələr maşının daxili hissələrinə sızaraq tıxanma və ciddi xarabalıqlara yol açır. Bundan əlavə, alt rəfdə suyun təzyiqi və temperaturu daha yüksək olduğu üçün şüşələrin çatlama ehtimalı artır.

Şüşədən hazırlanmış duz qabı, yağ qabı və bənzər kiçik mətbəx ləvazimatları alt rəfdə asanlıqla qırıla bilər. Mütəxəssislər həm əşyaların, həm də maşının qorunması üçün bu cür həssas parçaların yuxarı rəfdə yuyulmasını tövsiyə edir.

Spatula, maşa, böyük xidmət qaşıqları və kəfkir kimi uzun mətbəx alətlərinin alt rəfə qoyulması maşının fırlanan pərvanəsinin (sprinkler) ilişməsinə səbəb olur. Bu da mühərrikin sıradan çıxmasına yol açır. Bu cür alətlər yuxarı rəfdə üfüqi (horizontal) şəkildə yerləşdirilməlidir.

Plastik süzgəclər, qablar və keks qəliblərinin qabyuyan maşında yuyulması onsuz da risklidir. Əgər bu əşyalar maşında yuyulmağa uyğundursa belə, mütəxəssislər onların mütləq yuxarı rəfə qoyulmasını tapşırır. Alt rəfdəki yüksək istilik plastikin formasını bərpaedilməz dərəcədə poza bilər.

Qabyuyan maşının yuxarı rəfi kiçik ölçülü boşqablar və kasalar üçün daha münasibdir. Suyun içəri hissəyə tam daxil olması üçün bu əşyaları yuxarı rəfdə yüngül maili şəkildə düzmək ən ideal yuma üsuludur.

Lalə Qüdrətova
Milli.Az

Избранный
26
1
milli.az

2Источники