RU

İki dəyərli metal kəskin bahalaşa bilər

2026-cı ildə palladium və platinin qiyməti 50% arta bilər.

Publika.az TASSa istinadla xəbər verir ki, qiymətli metalların bahalaşacağını "Kpler" analitikləri proqnozlaşdırıblar.

Audit və konsaltinq şirkətinin məlumatına görə, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar 2026-cı ildə platinin orta qiyməti illik müqayisədə 58-83 faiz, palladiumun qiyməti isə 31-60 faiz arta bilər.

"Hazırda platinin qiyməti, digər qiymətli metallar kimi, konsolidasiya dövrünü keçir. Bir tərəfdən, Yaxın Şərqdə başlayan münaqişə bazarlardakı qeyri-müəyyənliyi daha da artırır, digər tərəfdən isə ABŞ və bir sıra iri mərkəzi bankların daha sərt pul-kredit siyasətinə keçidi qiymətli metalların qiymətlərində korreksiyaya səbəb olur", — deyə ekspertlər izah ediblər.

Избранный
8
publika.az

1Источники