RU

Rusiya daha bir bölgədə “bufer zona” yaratmağı planlaşdırır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya qüvvələrinin bu il cəbhədə əsas diqqəti Donetsk vilayətinə yönəldəcəyi gözlənilsə də, ilk dəfə olaraq Vinnytsya vilayətində də “bufer zona” yaratmaq planlarının ortaya çıxdığı bildirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini, briqada generalı Pavel Palisa "RBK-Ukrayna" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, hazırda müharibənin gedişində tərəflərdən heç biri üçün həlledici dönüş yaratmaq imkanları görünmür. Palisa qeyd edib ki, Rusiya iddialı planlar qurmasına baxmayaraq, onların reallaşdırılması üçün yetərli resursları yoxdur.

General hesab edir ki, 2026-cı ildə əsas döyüş istiqaməti Donbas bölgəsi olacaq. Bununla yanaşı, əlverişli şərait yaranarsa, Rusiya qoşunları cənub istiqamətində – o cümlədən Zaporojye bölgəsində fəallığı artırmağa çalışa bilər.

Palisa bildirib ki, Rusiyanın planlarında Xarkov, Sumı və Çerniqov vilayətlərində “bufer zona” yaratmaq, həmçinin Zaporojye və Xersonu ələ keçirmək üçün şərait formalaşdırmaq var. Uzunmüddətli perspektivdə isə Nikolayev və Odessa vilayətlərinə nəzarət etmək kimi məqsədlər də nəzərdən keçirilir.

Onun sözlərinə görə, ilk dəfə olaraq tanınmamış Dnestryanı region tərəfdən Vinnytsya vilayətində də bufer zona yaradılması planı qeydə alınıb.

Bununla belə, Palisa vurğulayıb ki, bu planlar ciddi narahatlıq üçün əsas yaratmır, çünki hazırda Rusiyanın onları həyata keçirmək üçün kifayət qədər gücü yoxdur.

Hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznyov isə bildirib ki, Rusiyanın iki ay ərzində bütün Donetsk vilayətini ələ keçirmək planı reallıqdan uzaqdır və bu cür bəyanatlar həqiqəti əks etdirmir.

Eyni zamanda, Müharibənin Tədqiqi İnstitutunun analitikləri qeyd edirlər ki, ilin əvvəlindən etibarən Rusiyanın cəbhədə irəliləyişi kəskin şəkildə zəifləyib. Belə ki, ilin ilk rübündə irəliləyiş tempi ötən illə müqayisədə iki dəfə azalıb. Buna səbəb kimi Ukraynanın əks-hücumları və orta məsafəli pilotsuz uçuş aparatları ilə həyata keçirilən zərbələr göstərilir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
bizimyol.info

1Источники