RU

Məhkəmə icazə verdi Süni pendir hazırlanacaq

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsveçrədə məşhur pendir növü ilə bağlı maraqlı qərar qəbul olunub. Məlumata görə, Emmental pendirinin əsas fərqləndirici xüsusiyyəti olan “deşiklər” son illərdə azalmağa başlayıb.Buna səbəb kimi süd istehsalında avtomatlaşmanın artması və yüksək gigiyena standartları göstərilir.Əvvəllər süd əl ilə sağılarkən onun tərkibinə saman kimi xırda təbii hissəciklər qarışırdı. Bu hissəciklər isə pendirdə deşiklərin yaranmasına səbəb olan bakteriyaların inkişafını stimullaşdırırdı. Müasir texnologiyalar isə bu “təbii təsiri” demək olar ki, tam aradan qaldırıb.

Problemin həlli üçün İsveçrə Emmental Birliyi məhkəməyə müraciət edib. Qərara əsasən, pendirdə ənənəvi görünüşü bərpa etmək üçün xüsusi üsuldan istifadə etməyə icazə verilib.Daha sonra İsveçrə Federal Kənd Təsərrüfatı Nazirliyi orqanik saman çiçəklərindən əldə olunan xüsusi tozun istifadəsini təsdiqləyib. Bu toz pendirdə deşiklərin əmələ gəlməsinə kömək edən bakteriyaların inkişafını dəstəkləyir.Pendiri istehsal edənlər qərarı müsbət qarşılayıb. Usta pendir istehsalçısı Andreas Brunner bildirib ki, son illərdə deşiklərin sayı ciddi şəkildə azalmışdı və yeni üsul bu problemi aradan qaldırmağa kömək edir. Onun sözlərinə görə, hər 600 kilo pendir üçün çox az miqdarda bu tozdan istifadə etmək kifayət edir və nəticədə pendirin klassik görünüşü bərpa olunur.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
demokrat.az

1Источники