RU

FHN-in hərbi hissələri arasında çoxnövçülük və qol güləşi idmanı üzrə birincilik keçirildi

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığının təşkilatçılığı ilə 2026-cı ilin hazırlıq planına əsasən Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında çoxnövçülük və qol güləşi idmanı üzrə birincilik keçirilib.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, Azərbaycan Respubliksının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra yarışlara start verilib.

Yüz və min metrə qaçış və turnikdə dartınma növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Yarışda komanda hesabında birinci yeri Şirvan şəhərinin komandası, ikinci yeri Bakı şəhərinin komandası, üçüncü yeri isə Gəncə şəhərinin komandası tutub.

Избранный
12
1
publika.az

2Источники