RU

Qazaxıstan çəyirtkələrə qarşı mübarizədə dronlardan istifadəni genişləndirir

Bakı, 8 aprel, AZƏRTAC

Qazaxıstan çəyirtkələrə qarşı mübarizə məqsədilə aqrodronların istifadəsini artırır.

AZƏRTAC Qazaxıstanın Qazinform informasiya agentliyinə istinadla xəbər verir ki, ölkədə mövsüm öncəsi hazırlıqlar çərçivəsində dron donanması gücləndirilib. Bu il əkin sahələrinin kimyəvi təmizlənməsi üçün onlarla kənd təsərrüfatı dronundan istifadə olunacaq. Məlumata görə, dronlar xüsusilə çətin relyefli ərazilərdə zərərvericilərin daha sürətli aşkarlanmasına və monitorinqin səmərəliliyinin artırılmasına imkan verir. Bildirilib ki, son illərdə dron parkı genişləndirilib və hazırda onlarla dron fitosanitar risklərə operativ reaksiya üçün istifadə olunur.

Qeyd edək ki, ötən il çəyirtkələrlə mübarizə tədbirləri üçün dövlət büdcəsindən milyardlarla vəsait ayrılıb.

Избранный
15
1
azertag.az

2Источники