RU

İspaniya rəsmiləri NATO nun baş katibi Rutteni Trampın “yavəri” adlandırır

ain.az, Bizimyol saytına istinadən bildirir.

İspaniyadakı bir sıra yüksək vəzifəli rəsmi şəxslər NATO baş katibi Mark Rutteni ABŞ prezidenti Donald Trumpın siyasətini fəal dəstəklədiyinə görə “yavəri” adlandırıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Madrid hesab edir ki, Rutte bəzən Vaşinqton tərəfdən həddən artıq açıq mövqe tutur və bəzi yüksək vəzifəli şəxslər onun arxasında Trampın “yavəri” adını işlədir. Bu imic Rutte üçün xüsusilə onun Trampı NATO-nun “ata”sı adlandırmasından sonra formalaşıb. "Bloomberg" qeyd edir ki, İspaniya İsrail və ABŞ-ın İranda əməliyyatlarını ən sərt tənqid edən ölkələr sırasındadır, amma Rutte əməliyyatın başlanmasına açıq müsbət münasibət bildirib.

Agentliyin məlumatına görə, Rutte ənənəvi bürokratik kanallardan uzaq duraraq Trampla birbaşa ünsiyyəti üstün tutur. NATO baş katibi tez-tez ABŞ lideri ilə telefon və yazışmalar vasitəsilə əlaqə saxlayır. O, həmçinin televiziya müsahibələri verir, bilə-bilə ki, bunları Tramp və yaxın ətrafı izləyəcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
icma.az

1Источники