RU

Gecə saat 3-də oyanmağın gözlənilməz səbəbi 

Klinik psixoloq Maykl C. Breus bildirib ki, bir çox insanın gecə saat 2–3 radələrində oyanmasının səbəbi xarici amillər deyil, bədənin biologiyası ilə bağlıdır.

Ölkə.az xəbər verir ki, o, bu barədə "Daily Mirror" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, axşam saatlarında insanın bədən temperaturu tədricən aşağı düşür və bu, melatoninin ifrazını artıraraq yuxuya getməyə kömək edir. Lakin gecə saatlarında bədən yenidən isinməyə başlayır və bu proses insanın oyanmasına səbəb ola bilər.

Ekspert vurğulayıb ki, bu cür oyanmalar normal sayılır: “Müəyyən bir anda bədən yenidən isinməlidir, əks halda hipotermiya riski yarana bilər və məhz bu zaman insanlar oyanır”, – deyə Breus izah edib. Onun sözlərinə görə, insanların əksəriyyəti yenidən tez yuxuya gedir və bu prosesi ümumiyyətlə hiss etmir.

Əgər oyanandan sonra yenidən yuxuya getmək mümkün olmursa, bu, yuxusuzluq (insomnia) əlaməti ola bilər. Bu halda mütəxəssis yuxu rejimini, stress səviyyəsini və yataq otağının şəraitini tənzimləməyi tövsiyə edir. Bunlar kömək etməzsə, psixoloq koqnitiv-davranış terapiyasına müraciət etməyi məsləhət görür.

Həmidə İbrahimova

Избранный
23
1
olke.az

2Источники