Misli Premyer Liqasında qol bolluğu ilə müşahidə olunan məhsuldarlıq seriyası davam edir.
Offsideplus.az xəbər verir ki, çempionatın XXVI turu 23 qolla yadda qalıb və orta məhsuldarlıq hər oyuna 3,83 qol təşkil edib. Bununla da ardıcıl 4-cü turdur ki, bu göstərici 3 və ya daha yuxarı olur. Belə ki, XXIII turda 21, XXIV turda 19, XXV turda isə 18 qol qeydə alınmışdı.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Üçüncü dövrənin startından bəri davam edən bu seriya Azərbaycan çempionatları tarixində XXI əsrin rekordu hesab olunur. Sonuncu dəfə belə uzunmüddətli (7 tur ardıcıl) məhsuldarlıq 2000/2001 mövsümündə qeydə alınıb. Sonrakı illərdə isə seriyalar 3 turdan artıq davam etməyib.