RU

Lənkəranda istehsal obyektində nöqsanlar aşkarlanıb

BAKI, 8 aprel. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Şürük kəndində fəaliyyət göstərən, Rəhimova Əntiqə Qəhrəman qızına məxsus təndirxanada yoxlama keçirib.

İstehsal obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İstifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıq və ləvazimatların gigiyenik səthə malik olmadığı və korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib, obyektdə istehsal sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Избранный
34
8
teleqraf.com

9Источники