RU

Rasim Balayevin yerinə təyinat: AKİ-də iclas keçiriləcək

Aprel ayının sonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, iclasın gündəliyində sədr seçilməsi ilə bağlı qurultayın keçirilmə tarixinin müəyyənləşdirilməsi məsələsi yer alacaq.

“Təxmin edirik ki, qurultay may ayının ortalarında - ayın 10-u ilə 17-si arasında keçiriləcək. Dəqiq tarixə isə İdarə Heyəti qərar verəcək, - AKİ-dən bildirilib. - Bu, Nizamnamənin tələbidir. Sədr yalnız qurultayda seçilməlidir. Qurultay isə ən geci ayın 17-də keçirilməlidir, onun gecikdirilməsi təşkilat üçün böyük zərbə olar".

Xatırlatma: mərhum XAlq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilib. O, martın 29-u İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Xalq artistinin cənazəsi martın 30-da Bakıya gətirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilib və o, I Fəxri xiyabanda dəfn edilib.


Telegram kanalımız
Избранный
2
10
yenisabah.az

10Источники