RU

Qatarların hərəkəti əvvəlki qaydada bərpa ediləcək

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

2026-cı ildə əsas hədəf "Həzi Aslanov" stansiyasında dalan yolunun tikinti-quraşdırma işlərini sentyabr ayında, yeni tədris ili başlamazdan əvvəl başa çatdırmaqdır.

Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla əlaqədar olaraq "Əhmədli" və "Həzi Aslanov" stansiyaları arasında tətbiq olunan məkik hərəkəti ləğv ediləcək və qatarların hərəkəti əvvəlki qaydada bərpa olunacaq.

Mina Mikayılova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
2
news.milli.az

3Источники