RU

Bakı bu gün də türkoloji məsələlərin müzakirə olunduğu əsas elmi mərkəzlərdən biridir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 8 aprel, AZƏRTAC

Birinci Türkoloji Qurultaydan 100 il keçməsinə baxmayaraq, Bakı bu gün də türkoloji məsələlərin müzakirə olunduğu əsas platformalardan biri olaraq qalır. Bu, Bakının elmi mühitdəki əhəmiyyətini bir daha təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransında deyib.

Rektor bildirib ki, müasir dövrdə əsas məqsəd türkoloji tədqiqatları yalnız dil çərçivəsində deyil, həm də mədəniyyət və ədəbiyyat kontekstində daha geniş şəkildə inkişaf etdirməkdir: “Bu konfrans çərçivəsində son 100 ildə bu sahədə baş verən proseslər araşdırılır və əldə olunan nəticələr müzakirə edilir. Bu yanaşma, eyni zamanda, ali təhsil müəssisələrinin Türkoloji Qurultay qarşısında duran prioritetlərini müəyyənləşdirməyə imkan yaradır.

Konfransın əsas məqsədi türkoloji tədqiqatların gələcək inkişaf istiqamətlərini müəyyən etmək və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
azertag.az

2Источники