Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İstanbul, 8aprel, AZƏRTAC
Aprelin 7-də İsrailin İstanbuldakı Baş konsulluğunun yerləşdiyi “Yapı Kredi Plaza”nın qarşısındakı polis məntəqəsinə edilən terror hücumu ilə bağlı saxlanılanların sayı 11-ə çıxıb.
AZƏRTAC xəbər verir ki, faktla bağlı başladılan istintaq çərçivəsində İstanbul və Kocaelidə müəyyən edilən ünvanlarda keçirilən əməliyyat zamanı daha 5 şübhəli saxlanılıb. Aparılan işlərin davamında daha 1 şübhəli də nəzarətə götürülüb.
Xəstəxanada müalicəsi davam edən 2 terrorçu ilə birlikdə saxlanılanların sayı 11-ə çatıb.
Şübhəlilərdən 9-nun İstanbul Polis İdarəsində istintaq tədbirləri davam edir, 2 terrorçunun isə müalicədən sonra polisə təhvil veriləcəyi bildirilib.
Faktla əlaqədar daha bir istintaq işi sosial mediada hadisə ilə bağlı yayılan bəzi xəbərlərlə bağlı başladılıb.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.