RU

Patrik Evra: “Tevezə zəng edib dedim ki, səni öldürəcəyəm, ayaqlarını sındıracağam”

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Futbol üzrə Fransa milli komandasının sabiq futbolçusu Patrik Evra "Mançester Siti"yə keçən Karlos Tevezi hədələdiyini etiraf edib.

İdman.Biz xəbər verir ki, Patrik Evra bu barədə uzun illər sonra mətbuata açıqlamasında bildirib.

“Ona zəng edib dedim: “Karlito, səni öldürəcəyəm, ayaqlarını sındıracağam!” Bu, çox ağır idi. Belə şeyi qəbul etmək çətindir. Amma düşünürəm ki, bu, bir növ Aleks Ferqyusona qarşı qisas idi. Məhz buna görə məyus olmuşdum. Hər halda, bütün həqiqəti heç vaxt bilməyəcəyik. Amma biz bunun əvəzini baha ödədik. Əgər Tevez "Mançester Siti" ilə müqavilə imzalamasaydı, düşünmürəm ki, onlar çempion olmağa başlayardılar. Özümü aldadılmış kimi hiss edirdim, amma o, yenə də mənim qardaşımdır. Onun seçiminə hörmət etmək lazımdır" - deyə Karlos Tevez qeyd edib. Qeyd edək ki, Patrik Evra peşəkar futbolçu karyerasını 2019-cu ildə rəsmi olaraq başa vurub. O, sabiq arqentinalı ilə “Mançester Yunayted”də bir müddət bərabər oynayıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
1
icma.az

2Источники