Xəzərdə üçüncü dəfə zəlzələ olub.
Bu barədə Redaktor.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla 13:21-də qeydə alınıb.
3 maqnitudalı yeraltı təkan 21 km dərinlikdə olub.
***
Xəzərdə daha bir zəlzələ olub.
Bu barədə Redaktor.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.
3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.
***
Xəzər dənizində zəlzələ olub, Azərbaycanın cənub bölgəsində hiss olunub.
Redaktor.az-ın xəbərinə görə, yeraltı təkan Lənkəran və Astarada daha çox hiss edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin APA-ya verdiyi açıqlamaya görə, 70 km dərinlikdə baş verən yeraltı təkanın 4-5 bal gücündə olduğu ehtimal edilir.
Zəlzələ cənub zonasında, əsasən, Cəlilabad, Astara, Lənkəran, Lerikdə 3 bal gücündə hiss edilib.