RU

Prezident İlham Əliyevin yüksək vəzifə verdiyi Xalid Əhədov kimdir?

Bakı. Trend:

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamınaəsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqişəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Trend xəbər verirki, Sərəncama əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”publik hüquqi şəxsin Müşahidə Şurasının sədri AzərbaycanRespublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisitəyin edilib.

Hazırda Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrəköməkçisi Xalid Əhədovdur.

Prezidentin köməkçisinin bioqrafiyasını oxuculara təqdimedirik:

Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsindəanadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad UniversitetindəMaliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ciillərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ciillərdə Avropanın, həmçinin, dünyanın ən güclü universitetlərindənbiri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur vəBarselonada MBA təhsili alıb.

Elə həmin dövrlərdə bir sıra yerli və xarici elmi jurnallardamüxtəlif məqalələri işıq üzü görüb.

Professional fəaliyyəti:

1999-cu ilin mart ayı – “Bank of Baku”da komanda rəhbərivəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəriməmnuniyyəti departamentinin rəhbəri vəzifələri;

2005-ci il – “Bank of Baku” İdarə Heyəti sədrinin müavini;

2012-ci il – “Unibank”da İcraedici komitənin üzvü;

2015-ci il – “Unibank”da İcraçı direktor vəzifəsi;

12.07.2016 – “Bank Standard”da Baş direktor;

02.12.2016 – “Azər Türk Bank”ın İdarə Heyətinin sədrivəzifəsinin müvəqqəti icraedicisi;

10.01.2017 – “Beynəlxalq Bank”ın İdarə Heyətinin sədri;

14.03.2018 – “Beynəlxalq Bank”ın Müşahidə Şurasının üzvü.

Xatırladaq ki, Xalid Əhədov sonuncu olaraq, 2018-ci ildən bugünə qədər Birinci vitse-prezidentin köməkçisi vəzifəsindəçalışıb.

Məqalədə:
Избранный
31
1
az.trend.az

2Источники