RU

Nəqliyyat sektorunda yeni dövlət standartları qəbul edilib

Azərbaycanda nəqliyyat sektorunda yeni dövlət standartları qəbul edib.

Bu barədə Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) bildirilib.

Qəbul olunan standartlar BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında hazırlanıb:

Qeyd edək ki, bu dövlət standartları M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkət şəraitində yaratdığı səs-küy səviyyələrinin ölçülməsi və qiymətləndirilməsi, elektromaqnit uyğunluğunun təmin edilməsi, qapı kilidləri, sükan idarəolunma və əyləc sistemləri, təhlükəsizlik kəmərlərinin bərkitmələri, oturacaqların və başaltıların möhkəmliyi, nəqliyyat vasitələrinin xarici çıxıntıları və fənərlərdə istifadə olunan lampaların texniki göstəricilərinin qiymətləndirilməsi və təhlükəsizliyi sahələrini əhatə edir.

Sözügedən dövlət standartı layihələri “2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik etdiyi “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

"Cebheinfo.az"

Избранный
18
8
cebheinfo.az

10Источники