RU

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakı, 8 aprel, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti aprelin 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən AZƏRTAC-a bildiirlib ki, Ağstafa, Qazax, Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Kəlbəcər, Yevlax, Zərdab, Göyçay, Qusar, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Neftçala, Goranboy, Daşkəsən, Naftalanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrdək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər rayonlarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Избранный
6
24
azertag.az

10Источники