RU

Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicilərinin siyahısı hazırlanıb.

Marja.az siyahıya istinadən xəbər verir ki, Azərbaycandakı əczaçılıq şirkətlərindən (dərmanların idxalı və satışı) ötən il ən çox vergini "ZEYTUN PHARMACEUTİCALS" MMC şirkəti ödəyib. Şirkət ödədiyi 26,7 milyon manat vergi məbləğilə siyasıda 52-ci yeri tutub.

Eyni zamanda, "ZEYTUN PHARMACEUTİCALS" şirkəti ötən il ən çox vergi ödəmiş əczaçılıq şirkətidir.

"AVROMED COMPANY" ötən il ödədiyi 26,6 milyon manat vergi məbləğilə siyahıda 53-cü yeri tututb. Şirkət ən çox vergi ödəyən 2-ci əczaçılıq şirkətidir.

"AZƏRİ MED" MMC ötən il ödədiyi 20,9 milyon manat vergi məbləğilə siyahıda 68-ci yeri tututb. Şirkət ən çox vergi ödəyən 3-cü əczaçılıq şirkətidir.

52 "ZEYTUN PHARMACEUTİCALS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 26,7 milyon manat

53 "AVROMED COMPANY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 26,6 milyon manat

68. "AZƏRİ MED" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 20,9 milyon manat

İş elanları AzVak.az-da

ZEYTUN PHARMACEUTICALSAVROMED COMPANYAZƏRİ MEDAzərbaycanəczaçılıqənçoxvergiödəyən2025vergiölkəiqtisadiyyatıdərmanidxalsatış525368MMC
Избранный
46
marja.az

1Источники