RU

"Balu Sportinq" və "Cəbrayıl" qalib gəldi - YENİLƏNİB

Bu gün 1-ci liqada növbəti – 21-ci tura start verilib.

"Football-plus.az" xəbər verir ki, “Baku Sportinq” MOİK-i yenməklə ikinci pillədə möhkəmlənib. "Cəbrayıl” – “Zaqatala” matçında qonşu pillələrdə qərarlaşanlar qarşılaşıb. Oyun Qarabağ təmsilçisinin qələbəsi ilə başa çatıb.

Tura sabah yekun vurulacaq. “Səbail” də “Şəfa”nı məğlub etmək üçün əlindən gələni edəcək. Öz aramızdı, “dənizçilər” üçün əla fürsət yaranıb. Elgiz Kərəmlinin komandası üçün isə əsl sınaq anıdı. “Şimal” “Mingəçevir”lə qarşılaşacaq ki, meydan sahiblərinin şansını minimum saysaq, yanılmarıq. “Nur şəhəri”nin təmsilçisi “Şəfa” ilə aradakı xal fərqinin artmasına icazə verə bilməz. “Şahdağ Qusar”ı qəbul edəcək “Difai”nin də işi çətindi. Favorit qonaqlardı. Ağsulular isə xaçmazlılardan daha da uzaqlaşmalıdı.

1-ci liqa
21-ci tur
8 aprel
Baku Sportinq – MOİK 3:1

Pablo Alveş, 12-p.; 45-p. İlham Allahverdiyev, 59 - Seyxan Fərəcov, 90+2
Buzovna, qəsəbə stadionu. Saat 15.30.

Cəbrayıl – Zaqatala 3:2
Sadiq Hüseynli, 14. Andzuno Eli, 51. Dileyn Açimi, 87 - Rəşad Həsənov, 50. Roini İsmayılov, 68.
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.30.

9 aprel
Şəfa – Səbail

Binə, qəsəbə stadionu. Saat 15.00.

Şimal – Mingəçevir
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.30.

Difai – Şahdağ Qusar
Buzovna, qəsəbə stadionu. Saat 15.30.

1. Şəfa 20 13 6 1 45-18 45
2. Baku Sportinq 21 11 7 3 32-18 40
3. Səbail 20 10 7 3 27-15 37
4. Mingəçevir 20 10 6 4 35-19 36
5. Şahdağ Qusar 20 8 4 8 28-26 28
6. MOİK 21 7 5 9 25-30 26
7. Zaqatala 21 7 4 10 22-27 25
8. Cəbrayıl 21 6 2 13 34-42 20
9. Difai 20 3 4 13 25-46 13
10. Şimal 20 3 3 14 18-50 12

Bombardir: Seyxan Fərəcov (MOİK) – 15.

KƏNAN BAHADIR

Избранный
1
2
football-plus.az

3Источники