RU

BVF: Müharibələr böhranlardan daha çox itkiyə səbəb olur

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF: Müharibələr böhranlardan daha çox itkiyə səbəb olur.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) bildirib ki, münaqişələrin baş verdiyi iqtisadiyyatlarda bu hallar iri miqyaslı və uzunmüddətli istehsal itkilərinə səbəb olur, eyni zamanda digər ölkələrə də əhəmiyyətli təsir göstərir.

BVF 14 aprel tarixində dərc olunacaq Dünya İqtisadi Perspektivlər Hesabatının müdafiə xərcləri, münaqişələr və bərpa prosesinin makroiqtisadi aspektlərinə dair təhlilləri əhatə edən bölmələrini paylaşıb.

Hesabatda vurğulanır ki, müharibələr uzun müddətdir qlobal iqtisadi mənzərənin ayrılmaz hissəsinə çevrilib və aktiv münaqişələrin sayı İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb.

Sənəddə qeyd olunur ki, silahlı münaqişələr təkcə dağıdıcı humanitar nəticələrlə məhdudlaşmır, həm də dərin makroiqtisadi təsirlər yaradır. Aparılan təhlillər göstərir ki, bu cür münaqişələr baş verən ölkələrdə iri və davamlı istehsal itkilərinə, digər ölkələrdə isə ciddi təsirlərə səbəb olur.

Hesabatda həmçinin bildirilir ki, sözügedən itkilər maliyyə böhranları və ya ağır təbii fəlakətlərin yaratdığı itkiləri üstələyir, pul-kredit, fiskal və xarici sektor sahələrində kəskin makroiqtisadi uyğunlaşma proseslərinə gətirib çıxarır və uzunmüddətli izlər buraxır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
58
1
banco.az

2Источники