RU

İsrail iki jurnalisti öldürdü – FOTO

Hərbi əməliyyatlar zamanı münaqişənin müxtəlif bölgələrində iki jurnalistin həlak olduğu qeydə alınıb. Livanda İsrail qüvvələrinin hava hücumu nəticəsində “Əl-Mənar” telekanalının əməkdaşı Suzan Xəlil həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bundan əvvəl Qəzza zolağında mətbuatın digər nümayəndəsi Məhəmməd Vaşahın həlak olması barədə məlumat yayılmışdı. Bildirilir ki, onun ölümü də İsrail tərəfindən endirilən zərbənin nəticəsidir.

İsrail mediası isə bu məsələ ilə bağlı fərqli iddia ilə çıxış edib. Məlumatda qeyd olunur ki, sözügedən şəxslər jurnalist libası geyinmiş agentlər olublar.

Sara,
NOCOMMENT.az

Избранный
22
nocomment.az

1Источники