RU

Qazaxıstanda həssas qruplara 820 əvəzsiz qrant ayrılacaq

Sosial cəhətdən həssas kateqoriyadan olan vətəndaşlara 820 qrant veriləcək
Artıq bu gündən etibarən Qazaxıstanda dövlət dəstəyinin alınması prosesində komissiyaları və növbələri tam avtomatlaşdırılmış sistemin əvəz edəcəyi bildirilir. Bu barədə QHT.az Qazaxıstan mətbuatına əsasən xəbər verir.
Cari ildə Jambıl vilayətində sosial cəhətdən həssas əhalinin yeddi kateqoriyası üçün 820 geri qaytarılmayan (əvəzsiz) qrantın verilməsi planlaşdırılır. Əsas yenilik kimi müraciət prosesinin tam avtomatlaşdırılması göstərilir. Artıq biznes ideyasından vəsaitin əldə olunmasına qədər olan mərhələdə, ən azı sənədlərin qəbulu mərhələsində insan faktorunun təsiri olmamalıdır.
Məşğulluğun koordinasiyası və sosial proqramlar idarəsinin rəhbər müavini Samat Turegəldiyev hesab edir ki, bu addım vilayət sakinlərinə rahat şəkildə kiçik biznes qurmağa və yaşadıqları ərazilərdə əlavə iş yerləri yaratmağa imkan verəcək.
Maliyyə dəstəyi ilə yanaşı, regionda təlimlərə də xüsusi diqqət yetirilir. Peşəsini dəyişmək istəyənlər üçün “Skills Enbek” portalı vasitəsilə kurslar təklif olunur və bu il 2 820 nəfərin yeni peşəyə yiyələnməsi planlaşdırılır. Həmçinin “Bastau-Business” layihəsi çərçivəsində 4 375 nəfərə biznesin əsaslarının öyrədilməsi nəzərdə tutulur.
Bununla belə, proqramların icra tempi artırılmalıdır. Belə ki, ilin ilk rübündə “Skills Enbek” proqramı üzrə təlimə 725 nəfər göndərilib (bu, illik planın təxminən dörddə biridir). “Bastau-Business” proqramına isə cəmi 593 nəfər müraciət edib ki, bu da planlaşdırılandan orta hesabla iki dəfə azdır.
Daha əvvəl dövlət qrantlarını kimlərin aldığı və həmin vəsaitləri hansı məqsədlərə sərf etdikləri barədə məlumat verilmişdi.

Избранный
50
qht.az

1Источники