RU

Vens: İrana Livanın atəşkəsə daxil edilməsi ilə bağlı vəd verilməyib

Bakı, 9 aprel, AZƏRTAC

Amerika Birləşmiş Ştatları (ABŞ) İrana Livanın atəşkəsə daxil edilməsi ilə bağlı heç bir vəd verməyib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın paytaxtı Budapeştdə jurnalistlərə bildirib.

O, bu məsələ ilə əlaqədar iki tərəf arasında anlaşılmazlığın olduğunu iddia edib:”Düşünürəm ki, iranlılar atəşkəsin Livana şamil olunduğunu fikirləşirdilər, amma belə deyil”.

Vitse-prezident atəşkəsin İrana, ABŞ-nin müttəfiqlərinə, İsrailə və Körfəz dövlətlərinə şamil ediləcəyinin bildirildiyini diqqətə çatdırıb.

Избранный
65
2
azertag.az

3Источники