RU

Vens: ABŞ İranın nüvə materiallarını təhvil verməsini tələb edəcək

BAKI, 9 aprel. TELEQRAF

ABŞ İranla aparılacaq danışıqlarda Tehrandan bütün toplanmış nüvə materiallarını təhvil verməsini tələb edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens açıqlama verib.

Onun sözlərinə görə, Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qətiyyətlidir və bu məqsədlə əsas şərtlərdən biri nüvə materiallarının təhvil verilməsidir.

Vens bildirib ki, ABŞ administrasiyası İranın uranı zənginləşdirməsinə qarşıdır və bu məsələ qarşıdakı siyasi dialoqda əsas tələb kimi irəli sürüləcək.

“Biz İranın nüvə silahı əldə etməsini istəmirik və onun nüvə yanacağını bizə təhvil verməsini istəyirik”, - deyə o vurğulayıb.

Məlumata görə, tərəflər yaxın vaxtlarda Pakistan ərazisində rəsmi danışıqlar keçirəcək və ABŞ nümayəndə heyətinə məhz vitse-prezident rəhbərlik edəcək.

Qeyd edək ki, daha əvvəl Ağ evin mətbuat katibi Kerolayn Levitt Cey Di Vensin Vaşinqtonla Tehran arasında aparılan danışıqlarda əsas rol oynadığını bildirmişdi.

Həmçinin Vens, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin İranla bağlı danışıqlar üçün İslamabada səfər edəcəyi açıqlanmışdı.

Избранный
66
teleqraf.com

1Источники