RU

Türkiyədən Çinə dəri məhsulları ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Çinə dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 3 milyon 714 min 82 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Çinə dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz azalaraq, 1 milyon 358 min 61 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz azalaraq, 515 milyon 27 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq, 346 milyon 640 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 1 milyard 392 milyon 77 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 420 milyon 561 min dollara bərabər olub.

Избранный
14
49
turkic.world

10Источники