RU

Kimi Antonelli “Ferrari”nin güclənəcəyini proqnozlaşdırır

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Formula-1” üzrə dünya çempionatının lideri Kimi Antonelli bu mövsüm tətbiq edilən ADUO (Əlavə İnkişaf və Yeniləmə İmkanları) sisteminin “Ferrari”yə böyük üstünlük qazandıracağını bildirib.

İdman.Biz xəbər verir ki, rəqiblərindən geri qalan istehsalçılara kömək məqsədi daşıyan bu qayda İtaliya təmsilçisinin mühərrikini daha da təkmilləşdirməsinə şərait yaradacaq. Mövsümün ilk üç mərhələsində qələbə qazanan “Mersedes”in pilotu Antonelli rəqib komandanın potensialından ehtiyatlanır.

“Böyük dəyişikliklərin olacağını bilirəm. “Ferrari”yə verilən ADUO imkanı onlara mühərriki inkişaf etdirməyə icazə verəcək. Onların maşını onsuz da güclüdür, mühərriki də yaxşılaşdırsalar, fərqi tamamilə qapada bilərlər”, - deyə 19 yaşlı pilot “Sky Sport”a müsahibəsində vurğulayıb.

Buna baxmayaraq, gənc sürücü öz hədəflərinə kökləndiyini və komandasının da mühüm yeniliklər hazırladığını qeyd edib. O, rəqiblərin tez-tez onlara çatacağını bilsə də, öz sürətinə və “Mersedes” daxilindəki dinamikaya güvəndiyini bildirib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
icma.az

1Источники