RU

FBİ direktoru: Məxfi məlumatları sızdıran şəxs tapıldı

FTB və tərəfdaşlarımız ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş əməkdaşını media nümayəndəsinə məxfi məlumatları sızdırmaqda şübhəli bilinərək həbs ediblər.

"Yeni Sabah" xəbər verir ki, bunu Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel bəyan edib.

O, sosial şəbəkə hesabında qeyd edib: "Əla iş oldu! Qoy bu, bütün potensial ifşaçılar üçün bir siqnal olsun. FTB ölkəmizə xəyanət etməyə və amerikalıları təhlükəyə atmağa çalışanlara dözməyəcək".

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp məxfi məlumatı sızdıran şəxsin tezliklə həbs olunacağını bildirmişdi.


Telegram kanalımız
Избранный
34
1
yenisabah.az

2Источники